Modern.az

“Rosneft”in işçilərini daşıyan avtobusda qəza: 1 azərbaycanlı öldü - VİDEO

“Rosneft”in işçilərini daşıyan avtobusda qəza: 1 azərbaycanlı öldü - VİDEO

Aktual

29 Dekabr 2018, 22:39

Rusiyada ağır yol qəzası olub. Modern.az xəbər verir ki, hadisə Xantı-Mansiysk Muxtar Mahalının Neftyuqansk rayonunda qeydə alınıb. “Rosneft” şirkətinə məxsus avtobusun iki yük maşını və bir minik avtomobili ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, qəza Bakı vaxtı ilə təqribən 17:00 radələrində "Tümen – Xantı-Mansiysk" federal avtomobil yolunun 820 km-də baş verib.

 

"MAZ" markalı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.

 

Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Həmçinin 2 azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım