Modern.az

Səmra Rəhimli “Maşın”dan bu səbəbdən gedib

Səmra Rəhimli “Maşın”dan bu səbəbdən gedib

Aktual

30 Dekabr 2018, 23:48

Müğənni Səmra Rəhimli “Maşın” şoudan getməsinin səbəbini açıqlayıb. Modern.az xəbər verir ki, müğənni bu barədə  sosial şəbəkədə yazıb.

O, digər iştirakçıların avtomobilə daha çox ehtiyacı olduğunu bildirib: “Getmə səbəblərimi sizinlə bölüşmək istəyirəm. Xəyalə Quliyeva və Ranar Musayev maşını çox istəyirdilər. Kim qalib gəlsə, çox sevinərəm. İstəyirəm ki, yeni ildə Xəyalə balalarını maşınla gəzdirsin. Səbəbini açıqlamaq istəmirəm, amma Ranarın da bu maşına ehtiyacı var. Onlar məndən yaşca böyükdürlər. Mənim üçün şou bir sınaq idi. Özümə bunu sınaq kimi seçdim ki, görüm, insanlar əsl Səmranı tanıya biləcəklər? Çox şadam ki, real həyatdakı Səmranı göstərmək üçün yetərincə vaxtım oldu və finala kimi getdim”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər