Modern.az

Ağsuda ana ölümü baş verib

Ağsuda ana ölümü baş verib

Aktual

31 Dekabr 2018, 10:29

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. 

 

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

 

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım