Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalaraq ölüb. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.
Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.