Modern.az

2019-cu ilin ilk gününün HAVASI: Yağmursuz olacaq

2019-cu ilin ilk gününün HAVASI: Yağmursuz olacaq

Aktual

31 Dekabr 2018, 12:54

2019-cu il yanvarın 1-də gözlənilən hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 3-5°, gündüz  7-9° isti, Bakıda  gecə  3-5°, gündüz  7-9°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq. 

 

Azərbaycanın rayonlarında

 

Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  3° şaxtadan 2°-dək isti, gündüz  7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım