Modern.az

Con Boltonun Türkiyəyə səfərinin tarixi məlum oldu

Con Boltonun Türkiyəyə səfərinin tarixi məlum oldu

Aktual

31 Dekabr 2018, 14:22

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 2019-cu il yanvarın və 9-da Türkiyəyə səfər edəcək.  

 

Modern.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu barədə "CNN Turk" telekanalı məlumat yayıb. 

 

Dekabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdir ki, C.Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək. 

 

Öz növbəsində, dekabrın 28-də C.Bolton bəyan etmişdir ki, yanvarda Türkiyə və İsrailə səfəri zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...