Modern.az

FIDE prezidentinə qitələr üzrə köməkçilər təyin olunub

FIDE prezidentinə qitələr üzrə köməkçilər təyin olunub

Aktual

31 Dekabr 2018, 15:35

Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç özünə 4 kontinental köməkçi təyin edib.

 

Modern.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Köməkçilər Avropa, Amerika, Asiya və Afrika qitələri üzrə fəaliyyət göstərəcəklər. Keçmiş dünya çempionları Vladimir Kramnik və Vişvanatan Anand müvafiq olaraq Avropa və Asiya qitələri üzrə köməkçi vəzifəsini yerinə yetirəcəklər. Venesuela Şahmat Federasiyasının prezidenti Fidel Qonsales Amerika, Afrika Şahmat Konfederasiyasının vitse-prezidenti Sepiso Lopang isə Afrika üzrə köməkçi funksiyasını daşıyacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...