Filippində “Usman” tropik qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb. Bikolsk regionunda 50 nəfərin, Şərqi Visayidə isə 11 nəfərin həlak olduğu bildirilir.