Modern.az

Avstraliya çempionatında futbolçu qapı dirəyini sındırıb

Avstraliya çempionatında futbolçu qapı dirəyini sındırıb

Aktual

31 Dekabr 2018, 16:57

Futbol üzrə Avstraliya çempionatının X turunda keçirilmiş "Sentral Kost Mariners" - "Pert Qlori" matçında maraqlı hadisə baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, "Pert Qlori" komandasının oyunçusu Tomislav Mrtsel qapı dirəyini sındırıb.

Müdafiəçi topu rəqib qapısından keçirdikdən sonra tora yıxılıb və qapı dirəyi əyilib. Qol isə oyundan kənar vəziyyət olduğu üçün qeydə alınmayıb. Qarşılaşma bu səbəbdən 45 dəqiqəyə yaxın dayanıb.

Qeyd edək ki, görüş "Pert Qlori"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...