Modern.az

Mingəçevirdə yaşayış evi yandı

Mingəçevirdə yaşayış evi yandı

Aktual

31 Dekabr 2018, 22:20

Mingəçevirdə baş verən yanğında xəsarət alanlar var. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində baş verib.

Belə ki, massivin 6-cı küçəsində yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub.

Hazirda yanğının söndqrülməsi üçün tədbirlər görülür.

Hadisə nəricəaində evdən təxliyə olunan ailə üzvləri massivin digər üvlərindən birinə gətirilib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, yaxud tüstüdən boğulub. Onlara yerləşdirildikləri ünvanda təcili yardım briqadası əməkdaşları yardım edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...