Bu gündən – yanvarın 1-dən Rumıniya Avropa Birliyinin rotasiyalı prezidentliyinə başlayıb.
Modern.az xəbər verir ki, bu il birliyin qarşısında duran əsas məsələlər Britaniyanın qurumdan gözlənən çıxması, bir sıra üzv ölkələrdə millətçiliyin artmasıdır.
Rumıniyanın altı aylıq sədrliyi “Birləşmə, vahid Avropa dəyəri” deviziylə başlanıb. İlk dəfədir ki, Rumıniya quruma rəhbərlik edir.