Modern.az

Samuxda mənzil yandı – xəsarət alan var  

Samuxda mənzil yandı – xəsarət alan var   

1 Yanvar 2019, 11:06

Samux rayonunun Qədili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Modern.az Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanıq xəsarəti almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım