Modern.az

Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlanıb

1 Yanvar 2019, 13:22

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Modern.az-ın bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

O, deyib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım