Saatlı rayonunda yol qəzası baş verib.
“Report”un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabatkənd kəndiərazisində qeydə alınıb.
Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.