Sumqayıtda 38 yaşlı kişini cərəyan vurub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi E.Əlməmmədovun meyitini elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.