Modern.az

“Mançester Siti” dünyanın ən yaxşı komandasıdır” – Rəqib baş məşqçi

“Mançester Siti” dünyanın ən yaxşı komandasıdır” – Rəqib baş məşqçi

2 Yanvar 2019, 20:14

"Mançester Siti" dünyanın ən yaxşı komandasıdır". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti"yə qarşı oyun haqqında danışarkən bildirib.

 

Y.Klopp deyib: "Bizi çox çətin oyn gözləyir. "Mançester Siti" doğurdanda güclü məşqçiyə sahib olan güclü komandadır. Biz cəsarətlə hərəkət etməliyik və digər oyunlarda olduğu kimi istəkli olmayılıyıq. "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır. Bu, mənim fikrimdir".

 

Baş məşqçi qeyd edib ki, xalların sayı dəyişsədə, oyunlara hazırlıq dayişməz qalır: "Mən küçədə insanları görürəm, onlar normal yaşayırlar. Oğlanların oyunu onların xoşuna gəlir? Əlbətdə. Amma azarkeşlərimizin artıq qələbəni bayram etdiyini fikirləşmək hörmətsizlik olar".

 

Y.Klopp bildirib ki, onun komandasını qarşıda çox vacib oyun gözləyir: "Belə demək olarsa, 6 xal uğrunda mübarizənin gedəcəyi bir oyun olacaq. Bu isə rəqib üçün motivasiyadır və biz hazır olmalıyıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...