Modern.az

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 12 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 12 nəfər saxlanıldı

Aktual

2 Yanvar 2019, 21:40

Bursa Terrorla Mübarizə Şöbəsi İŞİD üzvlərinə qarşı əməliyyat həyata keçirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, çoxlu sayda ünvana edilən əməliyyat nəticəsində 3-ü qadın olmaqla 12 nəfər saxlanılıb.

 

Saxlanılanlar arasında iki qadının fransız “İnterpol” təşkilatı tərəfindən qırmızı və mavi bülletenlə axtarışa verildiyi məlum olub.

 

Saxlanılanlardan biri məhkəmə zalında həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım