Modern.az

Həbsxanadan iki məhkum qaçdı

Həbsxanadan iki məhkum qaçdı

2 Yanvar 2019, 21:57

Yunanıstanın paytaxtı Afinanın "Koridallos" həbsxanasından 2 məhbus qaçıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, yanvarın 2-si səhər saatlarında "Koridallos" istintaq təcridxanasında 2 nəfər qaçıb: “Onların axtarışı ilə Yunanıstan polisi məşğul olur. Ədliyyə Nazirliyi hadisənin ilkin yoxlanılması üçün dərhal öz nümayəndələrini göndərib, Cəzakəmə Müassələrinə Nəzarət üzrə Orqan növbədənkənar yoxlama təyin edib. Prokuror araşdırma aparacaq və əməkdaşların məsuliyyətini təyin edəcək".

 

Nazirlikdən bildiriblər ki, hər cür qeyri-qanuni hərəkətlərin qarşısının alınması üçün dekabrın 11-i, 19-u və 27-si təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə təlimatlar verilmişdi.

 

"Proto tema" nəşrinin məlumatına əsasən, həbsxanadan albaniyalı 2 qardaş qaçıb. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərində ittiham olunurdular. Onlar 2 müxtəlif qarətçi qruplaşmanın üzvləri olublar. Qardaşlar ilk öncə dəmir barmaqlıqları mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxıblar və çanta hissələrindən hazırlanmış kəndirlə həbsxananın divarını keçı biliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...