Modern.az

Yaşlı qadın evində ölü tapıldı

Yaşlı qadın evində ölü tapıldı

Aktual

2 Yanvar 2019, 22:46

Balakən rayonunda qadın meyiti tapılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

 

Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

 

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Qax rayonunda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım