Modern.az

Yaşayış binasındakı partlayışda ölənlər 38-ə çatıb  

Yaşayış binasındakı partlayışda ölənlər 38-ə çatıb   

3 Yanvar 2019, 08:19

 Rusiyanın Maqnitoqorsk şəhərindəki çoxmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Məlumata görə, dağıntılar altında daha 4 nəfərin qaldığı ehtimal edilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də hadisə yerinə baş çəkib.

Maqnitoqorsk şəhərinin yerləşdiyi Çelyabinsk vilayətində fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, hadisə 31 dekabrda gecə saat 4 radələrində baş verib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...