Modern.az

Salyanda QƏZA: ölən və yaralananlar var

Salyanda QƏZA: ölən və yaralananlar var

3 Yanvar 2019, 19:56

 Salyan rayonunda yol qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının minik avtomobili ilə toquşması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Seyidabdulla Şahin oğlu Ağalarov və rayonun Xurşud kənd sakini, 1985-ci il təvəllüdlü Tural Tahir oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən S.Ağalarov yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...