Modern.az

Dağıntılar altında qalan cəsədlərin hamısı çıxarıldı

Dağıntılar altında qalan cəsədlərin hamısı çıxarıldı

3 Yanvar 2019, 20:50

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin hamısının cəsədi dağıntılar altından çıxarılıb. Modern.az xəbər verir ki, binanın uçan blokunun dağıntıları altında qalanların hamısı çıxarılıb.

 

Rusiya Fövqəladə Hallar nazirinin müavini Aleksandr Çupriyan bildirib ki, bu gün sonuncu – 39-cu cəsəd dağıntılar altından çıxarılıb: “Təminat veririk ki, binanın altında daha insan yoxdur. FHN xilasetmə tədbirlərini həyata keçirir”.

 

 

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...