Modern.az

Ukraynada türkiyəli iki tələbə qız öldürüldü

Ukraynada türkiyəli iki tələbə qız öldürüldü

3 Yanvar 2019, 21:50

Ukraynada təhsil alan 2 türkiyəli tələbə qızın kirayədə qaldıqları evdə meyitləri aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.

 

Məlumata görə, dostlarının bu barədə polisə məlumat verməsindən sonra onların qaldıqları mənzilə baxış keçirilib və qızların cansız bədənləri aşkarlanıb.

 

Məlumata görə, qızlardan biri sevgilisi tərəfindən uzun müddət idi ki, izlənilirdi.

 

Hazırda polis həmin oğlanın axtarışlarına başlayıb və faktla bağlı cinayət işi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...