Modern.az

Abşeronun bir hissəsi qaranlıqda qaldı

Abşeronun bir hissəsi qaranlıqda qaldı

3 Yanvar 2019, 23:23

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Modern.az "Report"a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.

 

Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib.

 

Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb.

 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir:

 

"Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar".

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...