Modern.az

Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rüb hesabatını necə verəcək?

Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rüb hesabatını necə verəcək?

Aktual

4 Yanvar 2019, 14:51

1 yanvar 2019-cu ildən etibarən vergi ödəyiciləri yalnız Vergilər Nazirliyinə hesabat verəcəklər. Əvvəllər sahibkarlar hər hansı xidmət və ya digər səbəblə gəlir əldə edən zaman ilin 4 rübü ərzində həm DSMF, həm də Vergilər Nazirliyinə hesabat verirdi. Vergilər Nazirliyindən abonentlətin mobil telefonuna daxil olan mesaja görə, 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta hesabatları yalnız Vergilər Nazirliyinə veriləcək.

 

Modern.az məsələyə aydınlıq gətirmək üçün Vergilər Nazirliyinə müraciət edib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə,  “Vergi Məcəlləsi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, 2018-ci ilin 4-cü rüb hesabatları və 2019-ci ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq:

 

“Hesabatların qəbulu ilə yanaşı yığım funksiyası da Vergilər Nazirliyinə verilib. Yeni qanuna görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də Vergilər Nazirliyi tərəfindən təmin olunacaq.  Bununla bağlı təşkilat işlər, o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması işləri başa çatdırılır”.

 

Rəsmi məlumata görə, fərdi uçot bağlı fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

 

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...