Modern.az

Xaricidilli “Vikipediya”larda Azərbaycan həqiqətləri ilə bağlı fəallıq artacaq

Xaricidilli “Vikipediya”larda Azərbaycan həqiqətləri ilə bağlı fəallıq artacaq

Aktual

4 Yanvar 2019, 16:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllü tərcüməçiləri xarici dillərdəki “Vikipediya”larda Azərbaycanın tarixi və incəsənəti ilə bağlı göstərdikləri uğurlu fəaliyyətə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

MEK-dən Modern.az-a bildiriblər ki, mərasimdə kitabxananın şöbə müdiri Elnur Eltürk, bölmə müdiri Günay Məmmədova, könüllü tərcüməçilərin əlaqələndiricisi Mərdan Orucoğlu çıxış edərək vikipediyaçıların fəaliyyətini yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, indiyədək könüllü “Vikipediya”çılar tərəfindən ümumilikdə 500-dək məqalə tərcümə olunub. Məqalələrin çoxu Azərbaycanın Milli qəhrəmanları və şəhidləri, digərləri isə müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslər, elm xadimləri, siyasətçilər, rayonlar, kəndlər və abidələrimiz haqqındadır.

Məqalələrin elektron ensiklopediyada yerləşdirilməsində “Vikipediya” idarəçisi Araz Yaquboğlu yaxından iştirak edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...