Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.