Modern.az

Azərbaycan  nefti ucuzlaşıb

Azərbaycan  nefti ucuzlaşıb

Aktual

4 Yanvar 2019, 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-ü 56,34 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 55,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 53,24 dollar/barel təşkil edib ki, bu  da əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 51,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi