Modern.az

Güclü külək məlumat lövhəsini avtomagistrala aşırdı

Güclü külək məlumat lövhəsini avtomagistrala aşırdı

Aktual

5 Yanvar 2019, 00:47

Paytaxtda əsən güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb. Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

 

Aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkatına maneə yaradıb.

 

Dərhal əraziyə AYYDA-nın cəlb olunaraq aşan dirəyi aradan qaldıraraq avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi