Modern.az

Bakı-Gəncə sürət qatarı yolda qaldı

Bakı-Gəncə sürət qatarı yolda qaldı

5 Yanvar 2019, 12:47

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

 

“Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Modern.az-a bildirib ki, qatarın yolda qalması elektrik xətlərindəki nasazlıqla bağlı olub:

 

“Dünən hava çox küləkli idi. Ona görə elektrik xətlərində nasazlıq yaranıb. Buna görə qatar dayanıb, lakin problem tezliklə aradan qaldırılıb və sərnişinlər 8 dəqiqə gecikmə ilə Bakıya çatıblar”.

 

Qurum rəsmisi, qatar yolda qaldığından sərnişinləri daşımaq üçün teplovoz göndərilməsi ilə bağlı deyilənləri də təkzib edib.

 

Xatırladaq ki, Bakı-Gəncə sürət qatarı ötən il dekabrın 29-da işə düşüb. Qatar hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən səhər saat 09:00-da yola düşür.

 

Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Dörd vaqondan ibarət qatarda 9 yerlik birinci klass, 62 yerlik biznes və 296 yerlik standart olmaqla, cəmi 367 oturacaq var.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...