Modern.az

Tələbə qızları öldürən şəxs atasının məzarında yaxalandı

Tələbə qızları öldürən şəxs atasının məzarında yaxalandı

Aktual

5 Yanvar 2019, 23:47

Ukraynanın Xarkov şəhərində təhsil alan iki tələbəni öldürən şəxs yaxalanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbəyi öldürən Hüsnü Can Çökmez gizləndiyi Kurtköydə atasının məzarı üstündə tutulub.

 

Məlumata görə, caninin üzərində tapança və bıçaq aşkarlanaraq götürülüb. Çökməz polis bölməsinə aparılıb.

 

Qeyd edək ki, Buketin keçmiş sevgilisi olan Hüsnü Can Çökmez tələbə qızları bıçaqlayaraq qətlə yetirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi