Modern.az

Gəncədə iki maşın toqquşdu: Ölən və yaralananlar var 

Gəncədə iki maşın toqquşdu: Ölən və yaralananlar var 

Aktual

6 Yanvar 2019, 09:50

Şah İsmayıl Xətai prospektində "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

 

Modern.az report-a istinadən məlumatına görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

 

Həmçinin daha 2 nəfər yaralı halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, "VAZ-21011" markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı, "VAZ-2107" markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi