Modern.az

İranla Rusiya Xəzərdə birgə məşqlərə başlayır

İranla Rusiya Xəzərdə birgə məşqlərə başlayır

6 Yanvar 2019, 13:15

İran və Rusiya Dəniz Donanması Xəzər dənizində birgə axtarış-xilasetmə məşqləri həyata keçirəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İran Dəniz Donanmasının komandanı, admiral Hüseyn Hanzadi “Mehr” agentliyinə açıqlamasında bildirib.

 

“Xəzər dənizində yaxşı əlaqələrə sahibik və bölgədə olan ölkələr də bu vəziyyətin fərqindədilər. Xəzərin təhlükəsizliyi bölkə ölkələri tərəfindən təmin olunur. Yaxın zamanda Rusiya Dəniz Donanması ilə birgə axtarış-xilasetmə məşqlərini həyata keçirəcəyik”, - deyə admiral söyləyib.

 

Hanzadi ortaq məşqlərin nə zaman başlayacağı haqda məlumat verməyib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...