Modern.az

Səfirlik Rusiyadakı qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır - RƏSMİ

Səfirlik Rusiyadakı qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır - RƏSMİ

6 Yanvar 2019, 14:50

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

 

Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb. 

 

Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, məsələ araşdırılır.

 

“Məlumata görə, mikroavtobusdakı 13 sərnişindən 6-sı xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Təbii ki, Azərbaycanın Rusiyadakı səfirliyi məsələni diqqətdə saxlayır. Güman ki, gün ərzində sərnişinlərin şəxsiyyəti və digər məslələr barədə informasiya veriləcək”.

 

Qeyd edək ki, Trend-in məlumatına görə,  Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...