Modern.az

Bakıda evakuator sərnişin avtobusu ilə toqquşdu: 2 yaralı

Bakıda evakuator sərnişin avtobusu ilə toqquşdu: 2 yaralı

Aktual

6 Yanvar 2019, 19:59

Bu gün saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.  Bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat  katibi Mais Ağayev bildirib ki, "QAZel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub:

 

"Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib".

 

M.Ağayevin sözlərinə görə, hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi