Modern.az

“Real Madrid” doğma meydanda məğlub oldu

“Real Madrid” doğma meydanda məğlub oldu

6 Yanvar 2019, 23:36

İspaniya La Liqasında 18-ci turunda “Real Madrid” doğma meydanda “Real Sosyedad” komandasını qəbul edib. Modern.az xəbər verir ki, oyun 0:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı qeyri-müəyyən epizodda təyin olunan penalti zərbəsindən Villian Joze açıb. 61-ci dəqiqədə meydan sahibi komandasının yarımmüdafiəçisi Lukas Vaskes ikinci sarı vərəqə alaraq “Real Madrid”i azlıqda qoyub.

Oyunda hesabı 83-cü dəqiqədə Pardo artırıb.

Hakimin kobud səhvləri və bərbad qərarları ilə yadda qalan oyun qonaqların qələbəsi ilə başa çatıb.

Beləliklə, “Real Madrid” 30 xalla 5-ci, “Real Sosyedad” isə 22 xalla 11-ci pillədə məskunlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...