Bir qədər əvvəl Nobel prospektində (Luna Parkın qarşısı şəhər mərkəzi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayevin sözlərinə görə, hadisə zamanı 3-4 avtomobil zəncirvari şəkildə qəzaya düşüb:
“İnsan tələfatının olub-olmaması barədə hələ ki məlumat yoxdur”.
Qurum rəsmisi deyib ki, qəza səbəbindən hazırda prospektin qeyd edilən hissəsində tıxac müşahidə edilir.