Modern.az

“Vətənin müdafiəsinə hər an hazır ol!” - VİDEO

“Vətənin müdafiəsinə hər an hazır ol!” - VİDEO

7 Yanvar 2019, 17:30

Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir vətənpərvərlik çarxı hazırlayıb. 

Fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi işinin mükəmməl təşkili məqsədilə hazırlanmış videoçarxda qulluğundan, vəzifəsindən asılı olmayaraq hər kəsin hər an vətənin müdafiəsinə hazır olması qısa, lakin mənalı şəkildə tamaşaçıya təqdim edilir.

Modern.az həmin videoçarxı təqdim edir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...