Modern.az

Binəqədiyə elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİB

Binəqədiyə elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİB

7 Yanvar 2019, 20:02

Binəqədi rayonunda elektrik enerjisinin verilişi bərpa olunub. Sakinlərin Modern.az-a verdiyi məlumata görə, 15 saatdan artıq yaranan fasilədən sonra bu dəqiqələrdə elektrik verilib.

 

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Modern.az-a elektrik enerjisi verilməsinin bərpa olunduğunu bildirib.

Onun sözlərinə görə, hazırda şəbəkədə heç bir problem yoxdur.

 

***

 

Binəqədi rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

 

Modern.az report-a istinadən bildirir ki, fasilə Binəqədi rayonu, DSK adlanan ərazidə 12 saatdan çoxdur davam edir.

 

Sakinlərə verilən məlumata görə, həmin ərazidən keçən yüksək gərginlikli xətt qırılıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, səhər saat 08:00-da "Azərişıq" ASC-nin 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayıblar, onlara elektrik enerjisinin bir saata bərpa ediləcəyi deyilib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a bildirib ki, fasilə yaxın dəqiqələrdə aradan qaldırılacaq: "Hazırda özüm də ərazidəyəm. Fasilə cərəyan transformatorunun dəyişdirilməsi ilə əlaqədardır. Əməkdaşlarımız və texnikamız əraziyə cəlb edilib. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...