Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydasına əsasən Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqəyə Həmid-Xan Tahirli "Gənc İqtisadçıların Qış Məktəbi" layihəsini təqdim etmiş və müsabiqənin qalibi olub.
Modern.az xəbər verir ki, layhənin başlıca məqsədi gənclərin iqtisadi biliklərinin praktiki cəhətdən artırılması, problemlə bağlı fikir mübadiləsi üçün şəraitin yaradılmasi, həmçinin gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirməsinə xidmətdir.
Binəqədi Gənclər Evində keçirilən Layihə təlim və yarış formasında olmaqla 4 gün ərzində davam etmişdir. Əvvəlcədən seçilmiş 28 nəfərlə layihə başlamış, lakin gənclərin marağı nəzərə alınaraq, say 35 nəfərə kimi artırılıb. Təlimlərə Paşa Bankdan, Azərbaycan Dövlət İqtisad Universitetindən, Milli Arxiv İdarəsindən sahə üzrə peşəkar mütəxəssislər cəlb olunmuş, gənclərə bank və bokt, insan resursları, vergi məcəlləsi və iqtisadiyyat barədə mühazirələr oxunmuş, məsələ ilə bağlı maraqlı diskusiyyal araparılıb. Ötən ilin dekabr və bu ilin yanvar ayları ərzində icra olunan Layihənin iştirakçılarına müsabiqənin qalibi Həmid-Xan Tahirli tərəfindən müvafiq sertifikatlar təqdim edilib.