Modern.az

Şuşada 3 erməni öldü  

Şuşada 3 erməni öldü   

9 Yanvar 2019, 08:45

Azərbaycanın işğal altındakı Şuşa şəhərində bir ailədən olan 3 erməni ölüb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, onların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Məlumatına görə, yanvarın 8-də axşam saatlarında Şuşadakı mənzillərdən birinin “sakinləri”nin çağırışlara cavab vermədiyini görən digər ermənilər aidiyyatı “qurumlar”a xəbər veriblər.

Qapı sındırıldıqdan sonra 1986-cı il təvəllüdlü S.M., 1990-cı il təvəllüdlü A.A. və onların oğlu  2014-ci ildə doğumlu J.M.-nin cəsədləri tapılıb. Digər bir uşaq  - N.M. (B. 2011) Xankəndindəki uşaq xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama