Modern.az

Sabahın HAVASI: Yağış yağacaq

Sabahın HAVASI: Yağış yağacaq

9 Yanvar 2019, 13:15

10 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 09-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

 

Tibbi-meteoroloji xəbərdarlıq

 

Yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama