Modern.az

Quba-Xaçmaz yolundakı qəzada ölü sayı 4-ə çatdı - YENİLƏNİB

Quba-Xaçmaz yolundakı qəzada ölü sayı 4-ə çatdı - YENİLƏNİB

Aktual

10 Yanvar 2019, 16:36

Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı 4 nəfərə çatıb.

Modern.az-ın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Ramin Əlfəddin oğlu Seydəhmədov orada dünyasını dəyişib. 

Xalaoğlu olan Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu isə hadisə yerində dünyasını dəyişmişdi. 10-cu sinif şagirdi olan xalaoğlular repetitor yanına gedirmişlər.

Qəzada həlak olan 3-cü şəxs isə Xaçmaz sakini, 32 yaşlı Nahid Tarıverdiyevdir.


***

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin kimliyi məlum olub.

Modern.az-ın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
Digər ölən şəxs Zahid Teymur oğlu Məmmədovdur. Qəza məktəblilər repetitor yanına gedərkən baş verib. 

Qasımov Coşqun Boks üzrə Respublika çempionudur. 

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti isə ağırdır.

***
Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

Modern.az-ın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, 40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi