Modern.az

Parlamentin qəbul etmədiyi  Prezident and içdi

Parlamentin qəbul etmədiyi  Prezident and içdi

10 Yanvar 2019, 21:12

Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib. Modern.az “The Economist”ə istinadən xəbər verir ki, Venesuela Ali Məhkəməsində baş tutan tədbirdə bir sıra ölkələrin dövlət başçıları iştirak ediblər.

 

Ölkə konstitusiyasına əsasən, mərasim Milli Assambleyada millət vəkilləri qarşısında keçirilməlidir. Ancaq parlament müxalifətin nəzarətində olduğundan tədbir Ali Məhkəmədə baş tutub. 

 

Qeyd edək ki, ötən il mayın 20-də keçirilən seçkilər zamanı 1,9 milyon səs toplayan müxalif Tərəqqi Avanqard Partiyasının lideri Henri Falkona qarşı 6,2 milyona yaxın səs toplayan N.Maduro ikinci müddətə prezident seçilərək 2025-ci ilədək Venesuelanı idarə edəcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama