12 və 13 yanvar 2019-cu il tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.
Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
S.Qədirova qeyd edib ki, bu, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.