Modern.az

Türkiyə hərbiçiləri İraqın şimalında 3 PKK terrorçusunu məhv edib

Türkiyə hərbiçiləri İraqın şimalında 3 PKK terrorçusunu məhv edib

13 Yanvar 2019, 17:11

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

 

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama