Modern.az

Salyandakı zəncirvari qəzada 2 nəfər xəsarət aldı

Salyandakı zəncirvari qəzada 2 nəfər xəsarət aldı

Aktual

13 Yanvar 2019, 21:15

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Bakıda minik və yük maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama