Modern.az

Yaşayış evində partlayış - 1 ölü, 8 yaralı  

Yaşayış evində partlayış - 1 ölü, 8 yaralı   

14 Yanvar 2019, 09:37

Rusiyanın Rostov vilayətində yaşayış evi qaz partlayışından  dağılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Şaxtı şəhərində 9 mərtəbəli binada baş verib. Səkkiz və doqquzuncu mərtəbələr arasında arakəsmələr dağılıb.

Hadisə yerində müvafiq qurumlar işləyir.

Son məlumata görə, partlayış nəticəsində 1 qadın ölüb, dağıntılar altında 3 nəfərin qaldığı bildirilir. Hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Binada yaşayan 140 sakin təxliyə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama