Modern.az

BANM-ın İSO standartlarına tam cavab verdiyi təsdiqləndi

BANM-ın İSO standartlarına tam cavab verdiyi təsdiqləndi

14 Yanvar 2019, 11:31

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçiriblər. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olublar. Bir neçə gün davam edən  qiymətləndirmə zamanı nümayəndələr Ali Məktəbin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyətini analiz ediblər.

Modern.az xəbər verir ki, Qiymətləndirmənin yekunu olaraq Ali Məktəbin malik olduğu İSO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi  təsdiq edilmiş və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyyə edilmişdir.

Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər"  standartlarına sahib və həmin standartları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama