Siyəzəndə "Ford" yanıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Siyəzən rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.